Bakı. Trend:
Allah-təalanın bizim üçün yaratdığı dünyanı qoruyub saxlamaq hərkəsin ən müqəddəs borcudur. Hazırda dünyada baş verən hadisələr,müharibələr, qırğınlar təbiətin gələcəyinə, iqliminə təsirgöstərir.
Trend xəbər verir ki, bufikirləri Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29)jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
O xatırladıb ki, COP29 iqlimlə bağlı problemlərin həlli üçünkeçirilir: “Bu cür genişmiqyaslı beynəlxalq tədbirin Prezidentİlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda keçirilməsi ölkəmizintolerant dövlət olduğunu bir daha sübut edir.
Hazırda dünya rəhbərləri, ictimaiyyəti, dini liderləri COP29-atoplaşıb. Bütün bunlar bir daha Azərbaycanın yürütdüyü uğurlusiyasətin nəticəsidir.
Mən arzu edirəm ki, burada qəbul olunan qərarlar bütün dünyadabaş verən hadisələrə öz təsirini göstərsin. Çünki bizim işğaldanazad olunam torpaqlarımız da 30 il içərisində, demək olar ki,vəhşiliklə məhv edilib”.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.