AZ

Qərəz və qeyri-səmimilik: Ermənistan COP29-a niyə qatılmır?

Xəbər verdiyimiz kimi, Azərbaycan COP29-la əlaqədar Ermənistana da dəvə göndərərək, onların da tədbirdə iştiraka çağırmışdı. Tribunainfo.az xəbər verir ki, dünən Prezident İlham Əliyev yenidən bu məsələyə toxunub və bəyan edib ki, Ermənistan Bakıda keçirilən mötəbər tədbirdə iştirakı barədə qərarı özləri verməlidir.

Rəsmi İrəvan isə Bakıdakı tədbirə qatılmamaq üçün heç bir bəhanə tapa bilmədiyindən “şaltay-baltay” vurur. Belə ki, bu ölkənin XİN-i dünən açıqlama yayıb ki, hökumət Bakıda keçirilən COP29 sammitinə qatılmaqla bağlı hələki yekun qərar verməyib.

Aydın məsələdir ki, Ermənistan COP29-da iştirak etməmək üçün tutarlı bəhanəyə sahib deyil. Əgər təhlükəsizlik məsələsini ortaya atarlarsa, o zaman böhtan danışdıqları ortaya çıxacaq. Çünki rəsmi Bakı gələn qonaqların təhlükəsizliyini ən üst səviyyədə təşkil edib.

Bəhanə kimi, Azərbaycanda həbsdə olan erməni terrorçuların məsələsini gündəmə gətirərsə, yenə də yanlışa yol verəcək. Ona görə ki, hazırda həbsdə olan terrorçuların istintaqı gedir və onlarla bağlı yekun qərarı məhkəmə verəcək. Birdə ki, Gəncəni bombalayan və bunu açıq şəkildə bəyan edən birini və ya Xocalıda qətliam törədənlərin azad edilməsini Azərbaycan niyə həyata keçirməlidir?

Bir sözlə, Ermənistan hökuməti heç bir tutarlı əsas olmadan COP29-a qatılmamaqla özünün qərəzli olduğunu, iki ölkə arasında münasibətləri normallaşdırmaqdan yayındığı, sülh sazişi imzalamaq məsələsində qeyri-səmimi olduğunu ortaya qoyur.

Seçilən
12
tribunainfo.az

1Mənbələr