AZ

Xəzər dənizinin ekoloji vəziyyətinə nəzarət üçün maliyyə dəstəyi ayrılmalıdır- Xələf Xələfov

Xəzər dənizinin ekoloji vəziyyətinə nəzarət etmək üçün regional və beynəlxalq əməkdaşlıqlarla yanaşı, maliyyə dəstəyi də ayrılmalıdır.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin ekoloji problemləri böyükdür:

“Azərbaycan tərəfi dəfələrlə bu məsələni qaldırıb. Azərbaycan Prezidenti Aşqabad Sammitində ilk dəfə olaraq Xəzərin səviyyəsinin aşağı düşməsi və Xəzərin ekoloji problemlərinə sahilyanı dövlətlərin daha yüksək yanaşması üçün çağırış edib. Bütün bu məsələlər hazırda da aktuallığını saxlayır. Xəzərin su səthinin aşağı düşməsi Xəzəryanı ölkələr, xüsusilə də Xəzərin sahilində yerləşən yaşayış məntəqələri üçün ciddi problemlərə yol aça bilər. Bu məsələdə həmrəy olmaq lazımdır. Xəzəryanı ölkələr dənizin su səthinin nəzarətdə saxlanması, flora və faunasının qorunması üçün layihələrin hazırlanması ilə bağlı səylərini əsirgəməməlidirlər”.

Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, Xəzər dənizi ilə bağlı əməkdaşlığın bütün formatlarında səylər artırılmalıdır:

“Xəzər dənizinin ekoloji vəziyyətinə nəzarət edən çoxtərəfli Konvensiyanın daimi katibliyinin formalaşdırılması aktual məsələ olaraq qalır. Hazırda bu katibliyi BMT-nin təşkilatı həyata keçirir. Lakin bu katiblik Xəzəryanı ölkələrdən birinə verilməlidir. Bu ölkələr katibliyin işini təkmilləşdirməli və Xəzərin ekoloji məsələsinə daha çox diqqət yetirməlidir”.

X.Xələfov bildirib ki, poblemlərdən biri də Xəzər dənizinin dənizinin kənardan çirkləndirilməsi məsələsidir və Xəzərə tökülən su hövzələrinin problemlərinə yaxından baxılmalıdır.

Seçilən
17
6
azpost.info

8Mənbələr