AZ

Belarus rəsmi olaraq BRİCS-in tərəfdaşı olub

Belarus Xarici İşlər Nazirliyi ölkənin rəsmi olaraq “BRICS tərəfdaşı” olduğunu açıqlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada Belarus prezidenti Aleksandr Lukaşenkonun noyabrın 5-də Rusiya prezidenti Vladimir Putinə yazdığı məktubda Belarusun BRİCS-ə tərəfdaş olaraq qoşulmağa hazır olduğunu bildirdiyi vurğulanıb.

Bəyanatda qeyd olunub ki, Belarus xarici işlər naziri Maksim Rıjenkovun məktubu Rusiyanın Minskdəki səfiri Boris Qrizlovla qəbul zamanı çatdırıb: 

“Yazılı dəvətə rəsmi cavab tərəfdaş statusunun alınması prosedurunun məcburi elementidir. Bu andan etibarən ölkə rəsmi olaraq BRICS tərəfdaşı hesab olunur",- bəyanatda qeyd edilib.

Bəyanatda Belarus prezidenti Lukaşenkonun məktubunun məzmunu da yer alıb. BRİCS-in yarandığı gündən bəri çoxtərəfli qarşılıqlı fəaliyyəti davamlı şəkildə gücləndirdiyini və çoxqütblülüyün təkcə simvolu deyil, həm də sütunlarından birinə çevrildiyini vurğulayan Lukaşenko qeyd edib: 

“Buna təkcə üzv dövlətlər deyil, qlobal nüfuzu olan ölkələr də qoşulur. Təşkilatın üstünlükləri çoxdur".

Nazirlik bəyan edib ki, Belarus bununla da BRICS-in lazımi standart və meyarlarına uyğunluğunu təsdiq edir və BRİCS tərəfdaş ölkələrinin modelinin rəhbər prinsiplərinə əməl etməyə razıdır.

Əli Hüseynov

Seçilən
35
15
bakivaxti.az

10Mənbələr