Bakı. Trend:
COP29 iqlim dəyişiklikləri ilə bağlı məsələlərin müzakirəsi üçünuyğun bir məkandır.
Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini vəCOP29-un baş danışıqçısı Yalçın Rəfiyev mətbuat konfransında çıxışızamanı bildirib.
O qeyd edib ki, COP29 konfransının ilk günü uğurla başaçatdı.
“COP29-da yüksəviyyəli maraq və qətiyyətllik görürük. Qloballiderlərin öz fikirlərini söyləmək üçün bura uyğun məkandır. Biz,eyni zamanda, itki və zərər üzrə maliyyələrin ortaya qoyulması üzrəciddi addımlar atacağıq”, - deyə o bildirib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.