AZ

Azərbaycan rəsmiləri COP29-da – FOTO

Azərbaycan rəsmiləri COP29 məkanında “Mavi zona” ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, rəsmilər arasında Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Respublikası fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və digər şəxslər yer alıb.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının ikinci günüdür. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.






Günay Şahmar, Bizim.Media

Seçilən
22
bizim.media

1Mənbələr