İzmirin Səlcuq rayonunda elektrik sobasının aşması nəticəsində 5 qardaş tüstüdən boğularaq ölüb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşaqların hadisə baş verən zaman evdə tək olduğu bildirilib.
Yaşları 1-5 arasında olan bacı-qardaşların anasının xurda alveri ilə məşğul olduğu və həmin vaxt çöldə qırıntı topladığı öyrənilib.
Yanğın zamanı evdə olmayan ana haqqında həbs qətimkan tədbiri seçilib.