AZ

Bir neçə saata Şərqi Zəngəzurda günəş elektrik stansiyasının təməli qoyulacaq - Nazir

Bakı. Trend:

Gələcək bir neçə saat ərzində Şərqi Zəngəzurda yerləşən "yaşıl"enerji zonasındakı 200 meqavatt gücündə günəş elektrikstansiyasının təməli qoyulacaq.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov BakıdaCOP29 çərçivəsində "Bərpa olunan enerji mənbələrinin həcmini üçdəfə artırmaq və enerji səmərəliliyini iki dəfə yüksəltmək üçüninvestisiyaların genişləndirilməsi" mövzusunda keçirilən nazirlərdialoqu zamanı bildirib.

"Azərbaycanın Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrindəyerləşən "yaşıl" enerji zonaları, müxtəlif bölgələr və istehlakmərkəzləri arasında elektrik əlaqələrinin qurulması təcrübəsiningeniş tətbiqi, həmçinin, 2030-cu ilə qədər qlobal enerji saxlamagücünün 1500 qiqavata qədər artırılması və 2040-cı ilə qədər 80milyon kilometrdən çox elektrik şəbəkələrinin əlavə edilməsi və yamodernləşdirilməsi – bunlar hamısı Bərpa olunan enerji və enerjisəmərəliliyi üzrə Qlobal Öhdəliklər uğurunun təmin edilməsi üçünvacib həllərdir.

2030-cu ilə qədər "yaşıl" enerji və "yaşıl" qazlar təmin edən"yaşıl" inkişaf ölkəsi olaraq öz inkişaf prioritetlərinə uyğunolaraq Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq səviyyədəbərpa olunan enerji sahəsində öz potensialını gücləndirməkməqsədilə iddialı nəhəng layihələr həyata keçirəcək.

Bir neçə saatdan sonra bp ilə birgə Şərqi Zəngəzurda "yaşıl"enerji zonasındakı 200 meqavatt gücündə günəş elektrikstansiyasının təməlini qoyacağıq", – deyə nazir bildirib.

Məqalədə:
Seçilən
13
3
az.trend.az

4Mənbələr