AZ

BMT Baş Assambleyasının prezidenti: "Diplomatiya üstün olmalıdır"

"Beynəlxalq hüququn, BMT qətnamələrinin və BMT-nin davam edən pozuntularından təəssüflənirik".

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının (UNGA) 79-cu sessiyasının sədri Filemon Yanq deyib.

O, Qəzza, Livan, Sudan və Ukraynada davam edən zorakı münaqişələrdən dərin narahatlığını bildirib və vurğulayıb ki, danışıqlar hər şeydən üstün olmalıdır.

"Bu, tam siyahı deyil. Təəssüf ki, dünyada diqqət yetirməli olduğumuz bir çox başqa münaqişələr də var. BMT Nizamnaməsi üzv dövlətlərdən mübahisələrini sülh yolu ilə həll etmələrini tələb edir", - deyə Yanq qeyd edib.

Gülşən Şərif

Seçilən
28
bakivaxti.az

1Mənbələr