AZ

Azərbaycan 2030-cu il üçün BEM-in payını 35,5 faizə qədər yeniləyib - Pərviz Şahbazov

Bakı. Trend:

Azərbaycan 2030-cu il üçün bərpa olunan enerji mənbələrinin(BEM) payını 35,5 faizə qədər yeniləyib.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov BakıdaCOP29 çərçivəsində "Bərpa olunan enerji mənbələrinin həcmini üçdəfə artırmaq və enerji səmərəliliyini iki dəfə yüksəltmək üçüninvestisiyaların genişləndirilməsi" mövzusunda keçirilən nazirlərdialoqu zamanı bildirib.

"Şərqi Zəngəzurda yerləşən "yaşıl" enerji zonasında 200 meqavattgücündəki günəş elektrik stansiyası ümumilikdə Azərbaycanda neft vəqaz sektorunun karbon emissiyasının azaldılmasında mühüm roloynayacaq. Ümumilikdə, 2030-cu ilə qədər istismara veriləcək 2 250meqavatt gücündəki günəş və külək elektrik stansiyaları, bərpaolunan enerjinin ümumi təyin olunmuş gücdəki payını 35,5 faizəqədər artıracaq.

Bu, yalnız 30 faizlik hədəfimizi yeniləmək deyil, həm də günəşvə külək enerjisinin enerji sistemimizdəki payını 7 dəfə artırmaqdeməkdir", - deyə P.Şahbazov bildirib.

Onun sözlərinə görə, bu günəş elektrik stansiyası dünyanın ənböyük neft və qaz terminalından biri olan Səngəçal terminalınıenerji ilə təmin edəcək.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
39
1
az.trend.az

2Mənbələr