AZ

Türkiyə mətbuatı: 12 noyabr 2024

''Hürriyet'': Rəcəb Tayyib Ərdoğan İsrailə embarqo tətbiq edilməsi ilə bağlı çağırış etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dünən Ər-Riyada keçirilən sammitdə İsrailin insanlığa qarşı cinayət törətdiyini vurğulayıb. Prezident Ərdoğan çıxışında belə deyib: "İsrailin məqsədi Qəzzada yerləşməkdir. İslam ölkələri olaraq, İsrailə qarşı atılacaq addımlara rəhbərlik etməliyik. İlk növbədə, İsrailə silah embarqosu tətbiq etmək son dərəcə əhəmiyyətlidir."

''Yeni Şafak'': Dünyanın ən sürətlə inkişaf edən müdafiə sənayesi

Fransa Müdafiə Nazirliyinin dərc etdiyi hesabatda Türkiyənin müdafiə sənayesinə diqqət çəkilib. Hesabatda bu ifadələrə yer verilib: “Türkiyənin pilotsuz təyyarə sənayesi dünyanın ən sürətlə inkişaf edən texnoloji ekosistemlərindən biridir”. Hesabatda həmçinin Türkiyə istehsalı  İHA və PUA-larını alan Afrika ölkələrinə diqqət çəkilib.

''Vatan'': TUSAŞ və "Baykar" dünyanın 50 ən böyük aviasiya şirkəti arasındadır

''Counterpoint Market Intelligence''nin ''FlightGlobal'' yayım orqanı üçün hazırladığı hesabatda Türkiyənin milli təyyarə istehsalçıları TUSAŞ və ''Baykar''ın dünyanın 50 ən böyük aviasiya sənayesi şirkəti arasında yer aldığı bildirilib.

''Star'': "TCG Anadolu" bir ilkə imza atdı

Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, "TCG Anadolu" çoxməqsədli amfibiya gəmisi və TCG Derya gəmisi ilk dəfə  dənizdə mazut və yük tədarükü həyata keçirib.

''Sabah'': Türkiyə Serbiyaya 1 milyard 471 milyon dollarlıq ixracat həyata keçirdi

Türkiyə 2024-cü ilin yanvar-oktyabr ayları arasında Serbiyaya 1 milyard 471,1 milyon dollar məbləğində ixracat həyata keçirib. Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, bu dövr ərzində Serbiyaya ixrac həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz artıb.

Məlumata əsasən, yalnız oktyabr ayında Serbiyaya ixrac 32,8 faiz artaraq 162,9 milyon dollar gəlir gətirib. 10 aylıq dövrdə isə Serbiyaya ən çox polad məhsulları ixrac olunub.



Seçilən
16
trt.net.tr

1Mənbələr