AZ

Azərbaycan komandalarının 4 aydır davam edən qələbəsiz seriyası neçə oyuna çatıb?

Bu il iyunun 11-də Macarıstanda yoldaşlıq görüşündə Qazaxıstana 3:2 hesabı ilə qalib gələn Azərbaycanın futbol üzrə A (əsas) millisi ondan sonra keçirdiyi dörd oyunun hamısında məğlub olub.

İdman.biz xəbər verir ki, əgər digər futbol millilərinin nəticələrini də nəzərə alsaq, artıq dörd aydır komandalarımız beynəlxalq arenada qələbə üzünə həsrətdir.

Bu müddətdə Azərbaycanın A, U-21, U-19, U-17, həmçinin qadın A və U-17 milliləri keçirdikləri 19 rəsmi və yoldaşlıq oyunundan 18-də məğlub olaraq, cəmi 1-də heç-heçə oynayıblar. Hətta 0:10, 0:7 və iki dəfə də 0:5 kimi nəticələr də qeydə alınıb.

Qarşıdakı bir həftə ərzində Azərbaycanın A, U-19 və U-17 milliləri növbəti oyunlarını keçirəcəklər. Bu səkkiz qarşılaşmada uğursuz seriyanı dayandırmaq mümkün olacaqmı?

Azərbaycan milli komandalarının son dörd aydakı oyunları və nəticələri:

12.07.2024 AZƏRBAYCAN (qadınlar) – Macarıstan (qadınlar) 0:5
16.07.2024 İsveçrə (qadınlar) – AZƏRBAYCAN (qadınlar) 3:0
04.09.2024 Şotlandiya (U-19) – AZƏRBAYCAN (U-19) 2:0
05.09.2024 AZƏRBAYCAN – İsveç 1:3
06.09.2024 Lüksemburq (U-21) – AZƏRBAYCAN (U-21) 2:0
06.09.2024 Niderland (U-19) – AZƏRBAYCAN (U-19) 3:0
08.09.2024 Slovakiya – AZƏRBAYCAN 2:0
09.09.2024 AZƏRBAYCAN (U-19) – Uels (U-19) 0:3
09.09.2024 Türkiyə (U-17) – AZƏRBAYCAN (U-17) 4:0
10.09.2024 AZƏRBAYCAN (U-21) – Serbiya (U-21) 0:2
12.09.2024 Türkiyə (U-17) – AZƏRBAYCAN (U-17) 0:0
11.10.2024 Estoniya – AZƏRBAYCAN 3:1
12.10.2024 Şimali İrlandiya (U-21) – AZƏRBAYCAN (U-21) 5:0
14.10.2024 AZƏRBAYCAN – Slovakiya 1:3
15.10.2024 İngiltərə (U-21) – AZƏRBAYCAN (U-21) 7:0
25.10.2024 AZƏRBAYCAN (qadınlar) – Portuqaliya (qadınlar) 1:4
29.10.2024 Portuqaliya (qadınlar) – AZƏRBAYCAN (qadınlar) 4:0
30.10.2024 Serbiya (U-17, qızlar) – AZƏRBAYCAN (U-17, qızlar) 10:0
02.11.2024 AZƏRBAYCAN (U-17, qızlar) – Lüksemburq (U-17, qızlar) 0:3

Rasim
İdman.biz

Seçilən
14
idman.biz

1Mənbələr