Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Ər-Riyadda keçirilən birgə fövqəladə sammitindən sonra Azərbaycana səfər edib.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın paytaxtı Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının COP29 iqlim sammitinə qatılıb.
Rəcəb Tayyib Ərdoğanı Azərbaycan prezidenti İlham Əliyev və Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş qarşılayıblar.
Prezident Ərdoğan Bakıda sammit çərçivəsində iştirakçılara müraciət edəcək və bir sıra ikitərəfli görüşlər də keçirəcək.
Görüşlərdə ölkələr arasındakı ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, qlobal və regional məsələlər, xüsusilə Qəzza və Livandakı son vəziyyət müzakirə ediləcək.