AZ

Monqolustan və Koreya Respublikası münasibətləri dərinləşdirir

Seulda Monqolustan və Koreya Respublikası Hökumətlərarası Komitəsinin səkkizinci iclası keçirilib. Məlumatı “Anadolu” verib. 

Tərəflər iki ölkə arasında bütün sahələrdə “strateji tərəfdaşlıq” səviyyəsində əlaqələrin və əməkdaşlığın dinamik inkişaf etdiyini, siyasi etimadın möhkəmləndiyini, yüksək səviyyələrdə ikitərəfli səfərlərin və danışıqların sabitləşdiyini qeyd ediblər.

Bundan əlavə, ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın davamlı və səmərəli inkişafının təmin edilməsi üçün Hökumətlərarası Komitə mexanizminin əhəmiyyətinə xüsusi diqqət yetirilib.

Görüş iştirakçıları Monqolustan və Koreya Respublikası arasında İqtisadi Tərəfdaşlıq Sazişinin bağlanmasının ticarətin və investisiyaların artırılması, sahibkarlar və şirkətlər üçün bazar imkanlarının genişləndirilməsi, iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

P.ƏMİRCANOV
XQ

Seçilən
15
xalqqazeti.az

1Mənbələr