Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.
Bakıvaxtı.az DHA-ya istinadla xəbər verir ki, Qaziantepdə Kahraman Bal adlı şəxs boşanacağı həyat yoldaşı Elif Balı tapança ilə öldürüb, sonra da eyni silahla həyatına son qoyub.
Hadisə səhər saat 08:00 radələrində ərazinin 29 Ekim adlanan məhəlləsində baş verib.
İddialara görə, bir müddətdir fikir ayrılığı yaşayan və boşanma prosesində olan Kahraman və həyat yoldaşı Elif Bal getdikləri Maaşkuyu küçəsində mübahisə edib.
Nəticə etibarilə mübahisə böyüyüb və Kahraman Bal əlindəki silahla Elif Balın başından atəş açıb.
Əli Hüseynov