AZ

Abdulla Balalaa: “BƏƏ enerji istehlakında səmərəliliyi 45 %-ə qədər artıracaq”

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) enerji strategiyasını 2050-ci ilədək yeniləyib və enerji istehlakında səmərəliliyi 45 %-ə qədər artırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bunu BƏƏ-nin xarici işlər nazirinin köməkçisi Abdulla Balalaa BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə deyib.

O bildirib ki, BƏƏ enerji sektorunda xalis sıfır hədəfinə nail olmaq üçün əhəmiyyətli irəliləyiş əldə edib: "Biz, həmçinin şəbəkə emissiya əmsalını daha da azaltmağı hədəfləyirik ki, bu da BƏƏ-ni ən aşağı emissiya dərəcəsinə malik ölkələrdən birinə çevirəcək. BƏƏ olaraq, biz təmiz enerji mənbələrinə doğru iddialı, lakin praqmatik keçiddə rol modeli olmağı hədəfləyirik".

Seçilən
42
far.az

1Mənbələr