Cari mövsümdə İngiltərə Premyer Liqasında "Mançester Yunayted"in qapıçısı Andre Onana "quru" oyunlar üzrə göstəricidə hər kəsdən öndədir.
Offsideplus.az xəbər verir ki, kamerunlu "çərçivə qoruyucusu" 5 matçda qapısını toxunulmaz saxlayıb.
Bu göstərici üzrə ikinci nəticə "Nottingem Forest"in qolkiperi Mats Selsə aiddir. O, 4 "quru" matç keçirib.
Üçüncü pilləni isə hər biri 3 "quru" oyun keçirmiş David Rayya ("Arsenal"), Alison Beker ("Liverpul"), Nik Poup ("Nyukasi") və Cordan Pikford ("Everton") bölüşürlər.