AZ

COP for Hope: COP29 iştirakçıları üçün Qarabağa turlar təşkil olunacaq

Bakı.Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Azərbaycan Turizm Bürosununİdarə Heyətinin sədr müavini CavanşirBayramovdur.

O, Trend-ə açıqlamasındabildirib ki, COP29 üçün xüsusi turlar təşkil edilib.

O qeyd edib ki, bunun üçün xüsusi rəqəmsal xəritə yaradılıb.

“Tövsiyə olunan turlar kateqoriyalara bölünüb. Burada regionlaraolan turlar da mövcuddur.

Azad edilmiş ərazilərimizə də turumuz mövcuddur. Bunlardan Şuşaturunu qeyd etmək istərdim. Turlar birgünlük nəzərdə tutulub. Bugündən artıq saytda da turlar haqqında məlumat olacaq. Bizdüşünürük ki, hazırda sessiyaların aktiv fazasıdır. Bu turlaramaraq həftəsonu daha da artacaq.

COP29 tədbirində ən əsas mesajlarımızdan biri də işğaldan azadedilmiş ərazilərimizin turizm potensialını iştirakçılaraçatdırmaqdır.

Qarabağda görülən və görülməkdə olan infrastruktur işləriqonaqlara çatdırmaq və onlarda maraq oyatmaq əsas məqsədimizdir.Ola bilsin ki, ölkəmizə gələn qonaqlar gəldikləri səfərçərçivəsində və ya səfərlərini daha da uzadaraq, gedib işğaldanazad edilən torpaqlarımıza səfər eləsinlər. Gələcəkdə də gələbilərlər”, - deyə o qeyd edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
31
2
az.trend.az

3Mənbələr