«Turan Tovuz»da ciddi narahatlıq baş qaldırıb. Bu barədə klubdan redaksiyamıza son dəqiqə məlumatı daxil olub. Saytımıza verilən informasiya görə, Kurban Berdiyev komandanı tərk etmək fikrinə düşüb. İyunda sükan arxasına keçən rusiyalı mütəxəssis «Səbail» ilə səfər matçından (1:1) sonra bu istəyini klub rəhbərliyinə çatdırıb. 72 yaşlı çalışdırıcı
Premyer Lıqanın 13-cü turunda qneydə alınan uğursuz matçdan mənfi mənada necə təsirlənibsə, müqaviləni pozmaq fikrinə düşüb. Əşyalarını toplamaq üçün otelə yollanan Berdiyevi qəfil zəng ayaq saxlamağa məcbur edib. Onunla əlaqə saxlayan şəxs işini davam etdirməsi xahişində bulunub.
SPORTİNFO.AZ