AZ

Yurgen Henn Azərbaycana səfər öncəsi: "Bizim üçün həlledicidir"

"Qrupda 3-cü yer uğrunda mübarizəyə görə Azərbaycanla görüş daha önəmli olacaq? Bizim üçün hər matç həlledicidir”.

İdman.biz xəbər verir ki, bunu Estoniya yığmasının baş məşqçisi Yurgen Henn deyib.

O, Millətlər Liqasının Azərbaycanla Qəbələdə keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayıb. Henn bildirib ki, millimizlə görüşdə uğurlu nəticəyə ümid edir: “Hər oyuna elə hazırlaşırıq ki, sanki bu, həlledici matçdır. Azərbaycanla oyun üçün hələ ki, dəqiq strategiya hazırlamamışıq. Bu, həm də əlimizdə olan oyunçulardan asılıdır. Evdəki matçdan fərqli, vəziyyətlərə cavab verməyə hazır olduğumuzu göstərdik. Təbii ki, Azərbaycandan yan keçməyə çalışacağıq. Məşqçinin oyun üçün çoxlu planları ola bilər, amma təəssüf ki, məsələn, 75-ci dəqiqədə bunu futbolçulara çatdırmaq çətin ola bilər. Biz oyunçulara müxtəlif variantlar təqdim etməyə çalışırıq ki, onlar qarşıdakı matçlarda müxtəlif hadisələrə mümkün qədər hazır olsunlar".

Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda təşkil olunacaq Azərbaycan - Estoniya oyunu saat 18:00-da start götürəcək.

İdman.biz

Seçilən
8
1
idman.biz

2Mənbələr