AZ

COP29-da “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” müzakirə olunacaq

Noyabrın 20-də COP29-un Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, tədbir hökumət rəsmilərini, sənaye liderlərini və maraqlı tərəfləri beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlərlə bağlı dialoq aparmaq üçün bir araya gətirəcək.

Panel müzakirəsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 2050-ci ilə qədər beynəlxalq aviasiya üçün “Xalis Sıfır” (Net Zero) karbon emissiyasına nail olmaq məqsədini özündə ehtiva edir.

Tədbir barədə ətraflı məlumatı bu linkdən əldə etmək olar.

Seçilən
8
18
qafqazinfo.az

10Mənbələr