AZ

UN-HABITAT-ın icraçı direktoru: İqlim dəyişiklikləri ilə bağlı bəyanatlardan konkret işə keçməliyik

Çətin çağırışlar dönəmində problemlərin həlli üçün imkanlar tapmaq lazımdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru, Kuala Lumpur şəhərinin (Malayziya) meri xanım Maimuna Mohd Şərif COP29-da çıxış edərkən deyib.

O, indiki həssas dönəmdə çətin çağırışların qarşılanması üçün imkanlar tapılmasının vacibliyini önə çəkib:

“Bizim şəhərlərə sərmayələr qoyulmalı və şəhərlərdə karbon emissiyası azaldılmalıdır. Bu problemlərin aradan qaldırılması üçün təbiət əsaslı həllər təklif edirəm.

Biomüxtəlif şəhərlərin yaradılmasına dair təşəbbüslər irəli sürülür. 2040-cı ilə qədər təbiətdə 1,3 milyard plastik qablaşdırma tullantısı olacaq. Çətin çağırışlar dönəmində problemlərin həlli üçün imkanlar tapmaq lazımdır. Təbiətlə sülh şəraitində yaşamalıyıq. Bu məsələlərdə BMT-yə dəstək göstərilməsi vacibdir.

Üzv dövlətərə müraciət etmək istəyirəm ki, bu prosesə dərhal dəstək versinlər. Biz daha mühim nəticələrə nail ola bilərik. Bu istiqamətdə verilən bəyanatlar kifayətdir, artıq konkret icraya keçməliyik. Dünya liderlərinə müraciət edərək müharibələri dayandırmağa çağırıram”.

Seçilən
10
2
operativmm.az

3Mənbələr