AZ

Sampaoli Fransa klubunu çalışdıracaq

Argentinalı mütəxəssis Xorxe Sampaoli Fransa çempionatında özünə iş tapıb.

90deqiqe.Az xəbər verir ki, 64 yaşlı çalışdırıcı “Renn”in "sükanı arxasına"keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında 2026-cı ilin ortalarına qədər qüvvədə olan müqavilə imzalanıb. Sampaoli bu postda keçən həftə istefaya göndərilən Stefan Julieni əvəzləyib.

Xorxe karyerasının əvvəlində Argentina və Çili milli komandalarında, həmçinin Marsel, Sevilya, Flamenqo və digər klublarda çıxış edib. Fransa çempionatının 11 turunun nəticələrinə əsasən, Renn 11 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Komanda mövsümün əvvəlindən cəmi üç qələbə qazanıb.

Seçilən
23
90deqiqe.az

1Mənbələr