1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsindən çox məmnun və xoşbəxtəm. Bu gün Azərbaycana iqlim problemlərindən narahat olan hər kəs gəlib".
Bunu tanınmış biznesmen Emin Ağalarov Oxu.Az-a açıqlamasında deyib.
O, ekologiya ilə bağlı təşəbbüslərin əhəmiyyətini vurğulayıb:
"Hər bir ölkə bu barədə düşünməyin vacibliyini anlamaqla inkişaf etməlidir", - deyə o əlavə edib.
E.Ağalarov özünün də ekoloji məsələlərlə maraqlandığını bildirib və bununla əlaqədar həyata keçirilən genişmiqyaslı ekoloji layihələrdən danışıb.
"Sea Breeze"i təmiz və yaşıl eləməyə çalışırıq - təmizləyici qurğular tikirik, milyonlarla bitki və ağac əkirik, yaşıl şəhər yaradırıq. Qarşıdakı ildə minimum daha beş milyon bitki və ağac əkməyi planlaşdırırıq", - deyə o qeyd edib.
Biznesmen, həmçinin, COP29 çərçivəsində yeddi kilometr uzunluğunda bulvarın yaradılacağının anonsunu verib.
"Noyabrın 16-da tədbir keçirəcəyik. Burada yeddi km uzunluğunda park salacağıq. İlk olaraq, 100 nar ağacı əkməyi planlaşdırırıq. Həm iştirakçılar, həm qonaqlar bunda iştirak edəcəklər və düşünürəm ki, COP29 çərçivəsində bu, simvolik olacaq", - deyə o, sözlərini yekunlaşdırıb.
Məhərrəm Əliyev