AZ

İlin sonunadək sülh sazişinin imzalanması Ermənistan tərəfindən asılıdır - XİN rəhbəri

Bakı, TurkicWorld

İlin sonunadək sülh sazişinin imzalanması Ermənistan tərəfindən asılıdır.

TurkicWorld xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, sülh sazişinin əsas maddələri razılaşdırılıb.

"İndi yenə də dəqiq rəqəmlər səsləndirmək istəmərəm. Ancaq hələ razılaşdırılması vacib olan məsələlər var".

Nazir, həmçinin, qeyd edib ki, Azərbaycan tərəfi sülh sazişinin imzalanması prosesinin təşəbbüskarıdır.

O əlavə edib ki, Azərbaycan tərəfi bunu sona çatdırmaqda israrlıdır.

Seçilən
13
7
turkic.world

10Mənbələr