AZ

16 yaşlı gürcü "Real" və "Barselona"nın hədəfində

Tbilisi "Dinamo"sunda sol cinah müdafiəçisi 16 yaşlı Saba Xarebaşvili İspaniya nəhəngləri - "Barselona" və "Real "ın diqqətini çəkib.

Publika.az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.

15 yaşında “Dinamo”nun əsas komandasında debüt edən Xarebaşvili ardıcıl oyunlar keçirməyi və üstün fiziki hazırlığı ilə seçilməyi bacarıb. Yaşına görə bir neçə ölkə rekordu qırıb.

Bu mövsüm futbolçu "Dinamo"da 27 oyun keçirib, 2 məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, müdafiəçinin bazar dəyəri 300 min avrodur.

Seçilən
24
publika.az

1Mənbələr