AZ

COP29 başladığı gün ilk uğuruna imza atıb

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) başladığı gün ilk uğura imzaatıb.

Trend xəbər verir ki, planetüçün irəliyə doğru ilk addım məhz Bakıda atılıb.

Bakıda açılan COP29-un 1-ci günü ilk razılaşma ilə başa çatıb.Dünya ölkələri karbon krediti bazarı üçün BMT-nin yeni qaydalarınıqəbul ediblər. Bu, ölkələrə iqlimlə bağlı öhdəliklərini yerinəyetirməyə kömək etmək üçün əsas addımdır.

Ekspertlər hesab edirlər ki, bu, daha köklü, mübadilə etməkniyyətində olan BMT tərəfindən dəstəklənən standartlarlakeyfiyyətli karbon kreditləri mübadiləsi sahəsində karbon bazarınayeni yol açacaq.

Həmçinin, Bakı COP 29-da əldə edilmiş bu razılıq iqlimdəyişikliyi sahəsində davamlı fəaliyyətə böyük töhfələrverəcək.

Fransa mətbuatı Bakı COP 29-un bu uğurunu işıqlandırıb.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
65
5
az.trend.az

10Mənbələr