Haitidə sərnişin təyyarəsi havada olarkən vurulub.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, ABŞ-dən gələn sərnişin təyyarəsi Haitinin Port-au-Prins şəhərinə eniş etmək istəyərkən atəşə məruz qalıb.
Bildirilib ki, hadisə nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb, 1 nəfər stüardessa yüngül xəsarət alıb.
Bir çox aviaşirkətin Haitiyə uçuşları dayandırdığı qeyd olunub.
Nuriyyə Musayeva