AZ

Prezident İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın12-də FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.

Trend xəbər verir ki, əvvəlcəFIFA-nın prezidenti xatirə hədiyyələrini və xüsusi olaraqhazırlanmış, üstündə Azərbaycan Prezidentinin adı və soyadı olantopu dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Canniİnfantinoya təşəkkürünü bildirdi.

Qonaq da öz növbəsində, COP29-a dəvətə və bu mötəbər tədbirinyüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısınaminnətdarlığını ifadə etdi.

Söhbət zamanı Azərbaycanda idmanın bütün növləri kimi, futbolada göstərilən dövlət qayğısı qeyd olundu, Canni İnfantinonunölkəmizdə futbolun inkişafına verdiyi dəstəyə görə minnətdarlıqbildirildi.

Görüşdə Azərbaycan ilə FIFA arasında uğurlu əməkdaşlığın həyatakeçirildiyi məmnunluqla vurğulandı, bu əməkdaşlığın gələcəkdə dədavam edəcəyinə əminlik ifadə olundu. Azərbaycanda FIFA-nıntəşkilatçılığı ilə tədbirlərin keçirilməsi məsələsi müzakirəedildi.

Xəbər yenilənəcək

Seçilən
30
49
az.trend.az

3Mənbələr