AZ

COP29-da bu problem də müzakirə olunacaq

Noyabrın 20-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində "Beynəlxalq aviasiya və iqlim dəyişikliyi" mövzusunda yüksəksəviyyəli panel müzakirəsi keçiriləcək. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, tədbir hökumət rəsmilərini, sənaye liderlərini və maraqlı tərəfləri beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlərlə bağlı dialoq aparmaq üçün bir araya gətirəcək.

Panel müzakirəsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 2050-ci ilə qədər beynəlxalq aviasiya üçün "Xalis Sıfır" (Net Zero) karbon emissiyasına nail olmaq məqsədini özündə ehtiva edir.

Seçilən
16
18
sesqazeti.az

10Mənbələr