AZ

Hollandiyada sərhəd nəzarəti yenidən tətbiq ediləcək

Hollandiyada

Avropa İttifaqına (Aİ) görə, üzv dövlətlər daxili təhlükəsizliyə ciddi təhlükə yaranarsa, müvəqqəti olaraq ölkə sərhədlərində əlavə yoxlamalar həyata keçirə bilərlər.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “sabah.com.tr” saytı məlumat paylaşıb.

Məlumatda bildirilir ki, Hollandiya hökuməti qanunsuz immiqrasiya ilə mübarizə üçün quru sərhədlərində əlavə nəzarətin həyata keçirilməsi planlarını açıqlayıb.

Hollandiyanın İmmiqrasiya və Sığınacaq naziri Marjolein Faber öz açıqlamasında qanunsuz immiqrasiya və immiqrant qaçaqmalçılığı ilə mübarizə aparmağın vaxtı çatdığını və buna görə də dekabrın əvvəlindən Hollandiyada sərhəd nəzarətini yenidən tətbiq edəcəklərini bildirib.

Seçilən
10
xalqcebhesi.az

1Mənbələr