AZ

Levan Davitaşvili: “Qara dəniz sualtı kabeli layihəsinin texniki-iqtisadi əsaslandırması hazırdır”

Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin texniki-iqtisadi əsaslandırma sənədi tamamlanıb.

Bizim.Media Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" tədbirində çıxışı zamanı bildirib.

L. Davitaşvili qeyd edib ki, Qara Dənizdə əsaslı, detallı tədqiqat aparmağa hazırlaşırlar:

“Gürcüstan Cənubi Qafqazda "Yaşıl Enerji Dəhlizi"nin inkişafı ilə bağlı saziş imzalayan dörd ölkədən biridir. Gürcüstan layihəyə ilk qoşulan ölkələrdəndir. Hesab edirəm ki, son iki ildə biz təkcə enerji transformasiyası sahəsində mühüm irəliləyiş əldə etmişik”.

O həmçinin qeyd edib ki, bu layihə Avropanın enerji təhlükəsizliyi üçün də çox önəmlidir.

Bizim.Media

Seçilən
28
bizim.media

1Mənbələr