İqlim dəyişikliyinin yol açdığı quraqlıq ciddi problemdir.
APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNICEF və "Lancet Countdown" təşkilatının iqlim, səhiyyə və uşaqlar mövzusundakı birgə mətbuat konfransında UNICEF-in Sağlam Uşaqlar üçün Sağlam Ətraf Mühit Qlobal Proqramının rəhbəri Abheet Solomon bildirib.
Abheet Solomon deyib ki, quraqlıq ərzaq probleminə yol açır: “Suyun çirklənməsi, daşqınlar, quraqlıq nəticəsində yaranan xəstəliklər uşaqların sağlam inkişafı üçün təhlükə yaradır”.
UNICEF-in Sağlam Uşaqlar üçün Sağlam Ətraf Mühit Qlobal Proqramının rəhbəri iqlim dəyişikliyi nəticəsində biomüxtəlifliyin aradan qalxmasının da sağlamlıq üçün təhlükə yaratdığını vurğulayıb: “Hər şey uşaqların sağlamlığı və rifahı ilə başlayır. Ona görə də bu problemlərin həllinə nail olmaq lazımdır. Biz iqlim siyasəti, investisiya və bu istiqamətdə fəaliyyətlər zamanı uşaqları prioritet kimi müəyyənləşdirməliyik. Biz bu gün həyata keçirdiyimiz iqlim sahəsində fəaliyyətlərimizə görə gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq”.