Ukrayna Silahlı Qüvvələri hərbçi çatışmazlığı səbəbindən problem yaşayır.
"AzPolitika" xəbər verri ki, bunu "Sky News" nəşrinin Ukraynaya ezam olunmuş müxbiri Stuart Ramsey bildirib.
O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Donbasda möhkəmlənsə də, hərbçi sayı ilə bağlı yaşanan böyük problem səbəbindən əziyyət çəkir.
Bundan əlavə, o bildirib ki, Donald Trampın prezident seçkilərində qələbəsindən sonra ABŞ-nin dəstəyinin azalacağı ilə bağlı qorxuların olduğu bir vaxtda Ukraynanın Qərb müttəfiqlərindən, o cümlədən ABŞ-dən kömək alması həyati önəm kəsb edir.
"AzPolitika.info"