AZ

Uğursuz sinə böyütmə ƏMƏLİYYATI: Qadının dabanı ÇÜRÜDÜ – FOTOLAR

Sinə böyütmə əməliyyatından sonra rusiyalı qadının dabanı çürüyüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, 37 yaşlı paytaxt sakini Natalya çoxdan sinəsini böyütmək, eyni zamanda mədəsini də kiçiltmək istəyirdi. Qadın Moskva klinikalarından birində mammoplastika və abdominoplastika (qarın gərmə əməliyyatı) üçün qeydiyyatdan keçib.

450 min rubla (təxm. 7 800 man) əməliyyat dəhşətli nəticələrə səbəb olub. Ertəsi gün Natalya dabanının qaraldığını aşkar edib. Ayağa qalxmaq cəhdi dəhşətli ağrı və qanaxma ilə nəticələnib.

Məlum olub ki, cərrah liposaksiya əməliyyatı zamanı səhv edib – elektrik cərəyanı olan cihazdan istifadə edərək qadını vurub və nəticədə yanıq yaranıb.

Bir həftə sonra Natalya evə buraxılıb, lakin növbəti sarğı zamanı əri yaranın çox ciddi olduğunu başa düşüb.

Həkimlər ona üçüncü dərəcəli termal yanıq diaqnozu qoyublar. Sümüyə təsir edə biləcək və hətta ayağın amputasiyasına səbəb ola biləcək toxuma nekrozu riski var.

Klinika ilə problemi həll etmək cəhdi isə təzyiq, şantaj və “istehlakçı terrorizmi” ilə bağlı cavab ittihamlarına səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
interpress.az

1Mənbələr