Argentinalı mütəxəssis Xorxe Sampaoli Fransada məşqçilik edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 64 yaşlı mütəxəssis "Ren" komandasının baş məşqçisi təyin olunub.
Onunla müqavilə 2026-ci ilə qədər nəzərdə tutulub.
Bu vəzifədə Sampaoli ötən həftə istefaya göndərilən Stefən Jülyeni əvəzləyib.
Fransa çempionatının 11-ci turunun yekunlarına görə, "Ren" 11 xal toplayıb və turnir cədvəlində 13-cü yerdə qərarlaşıb. Komanda mövsümün başlanğıcından bəri yalnız üç qələbə qazanıb.