Moldova Respublikasının Prezidenti xanım Maya Sandu və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında COP29 çərçivəsində ikitərəfli görüş keçirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Maya Sandu "X" hesabında paylaşım edib.
"Bakıda COP29 çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev görüşdüm. Qazaxıstanla tərəfdaşlığımızı və iqtisadi əməkdaşlığımızı genişləndirməyi müzakirə etdik. Yanvarın 1-də Astanada Moldovanın səfirliyinin açılması daha dərin əlaqələrə və xalqımız üçün yeni imkanlara doğru daha bir addımdır" , deyə paylaşımda qeyd olunub.