AZ

Deputatın səhhətində problem yaranıb, yeriyə bilmir: "3 dəfə əməliyyat olunsam da..."

Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sabiq sədri Eldar İbrahimovun səhhətində ciddi problem yaranıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, deputat belindəki ağrılar səbəbindən artıq yerimək qabiliyyətini də itirib və vəziyyəti ağırdır. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən deputat səhətində yaranan problemləri təsdiqləyib: 

"Belimdə güclü ağrılar var, müalicə alsam da, təsiri yoxdur. Son bir ildə 3 dəfə əməliyyat olunmuşam. Yaxşı olanda əsayla, ağrılarım çox olanda evdəkilərin köməkliyi ilə hərəkət edirəm. Hazırda özüm sərbəst yeriyə bilmirəm. Belimdə qığırdaqlarda ciddi porblem var, sinirlər sıxılır. Həkimlər müəyyən vaxtdan sonra yenidən əməliyyata girməyimi tövsiyyə edirlər. Görək də necə olacaq..."

Seçilən
21
turanpress.com

1Mənbələr