AZ

Liderlər Sammiti dünyanın ən nüfuzlu tədbirlərindən biridir - RƏY

COP29 BMT-nin və dünyanın ən mötəbər tədbiri olaraq Azərbaycanda keçirilir və COP29-da keçirilən Liderlər Sammiti xüsusi önəmli görüşdür.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Deputat qeyd edib ki, Liderlər Sammitinə dünyanın ən böyük, nüfuzlu şəxsləri qatılır. BMT-nin baş katibi Antonio Quttereş, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Avropa, dünya liderləri və bu sahədə COP29-la bağlı mühüm qərar qəbuledici şəxslər Azərbaycana gəliblər və dünyanın nəbzi Azərbaycanda vurur.

Millət vəkili bildirib ki, bu tədbir Azərbaycanın beynəlxalq nüfuzuna çox müsbət təsir edir. Çünki, COP29 tədbirinə ev sahibliyi etmək, ölkəyə verilən qiymətin göstəricisidir. Növbəti illərdə bu sahədə Azərbaycanda daha önəmli tədbirlərin keçirilməsi üçün yol açır. Çünki, COP29 tədbiri dünya səviyyəsində elə bir tədbirdir ki, bu ümumbəşəri problemləri əhatə etdiyindən COP29 sammiti və onun sonrakı davamı ölkəmizə, dünya gündəmində çox mühüm problemləri, təklifləri irəli sürmək imkanı yaradır.

“Həmçinin, COP29 inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında Qlobal Şimal və Qlobal Cənub arasında ixtilafların kənara qoyulması, ümumi nöqtələrin tapılması baxımından önəmli platformadır. Karbon emissiya qazlarının atmosferə buraxılmasının azaldılması bu sahədə ölkələrin digər məsuliyyəti və inkişaf etmiş ölkələrlə birlikdə qlobal iqlim dəyişikliyi ilə bağlı aktiv iştirakı ilə bağlı məsələlərdə önəmli platforma kimi rol oynayır”, - deyə T.Gəncəliyev vurğulayıb.

Aminə Nəzərova

Seçilən
18
operativmm.az

1Mənbələr