AZ

IRENA-nın baş direktoru: Enerji keçidi üçün trilyonlara ehtiyacımız var

İqlim dəyişikliyi ilə mübarizədə maliyyə vəsaiti şərtdir.

“İki sahil” xəbər verir ki, bu sözləri Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Camera COP29 çərçivəsində keçirilən “Nazirlər dialoqu: Bərpa olunan mənbələrin üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi” mövzusunda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu il qlobal miqyasda nə baş verəcəyini hesablamaq çox sadədir.

“İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün yeni kəmiyyətli maliyyə qanunu ilə razılaşmaq lazımdır. Məbləğ vacib deyil, çünki biz bilirik ki, keçid üçün trilyonlara ehtiyacımız var. Təcrübəmizi nəzərə alaraq, biz bütün fəsillər üçün müəyyən nəticə yazmağa çalışacağıq ki, burada danışıqlar aparan şəxs bu təklifin yekun sənədi üzrə son razılığa gəlmək üçün bu element təklifindən istifadə edə bilsin. Biz əsasən bərpa olunan mənbələrin üstünlük təşkil edəcəyi yeni enerji sisteminə doğru gedirik. Bunu heç kim dayandıra bilməz. Biz iqlim dəyişikliyi ilə mübarizə üçün nəzərdə tutduğumuz yerə vaxtında çatacağıq. İnfrastruktur bir-biri ilə əlaqəli, çevik, balanslaşdırılmış şəbəkələrə ehtiyac duyur”, - deyə Françesko La Camera vurğulayıb.

Baş direktor Azərbaycanın ev sahibliyi etdiyi COP29-da bir sıra müsbət nəticələrin əldə ediləcəyinə inandığını bildirib.

Seçilən
18
ikisahil.az

1Mənbələr