AZ

COP29 Azərbaycan üçün sonsuz imkanlar aça bilər - Emin Ağalarov

Bakı. Trend:

COP29 Azərbaycan üçün sonsuz imkanlar aça bilər.

Trend xəbər verir ki, bunuEmin Ağalarov COP29 çərçivəsində jurnalistlərə bildirib.

“Mən COP29-a tamamilə heyran qalmışam. Tədbirin təşkilifantastik səviyyədədir. Bu gün burada, Bakıda 120-dən çox dövlətbaşçısı bir araya gəlib. Bu, məndə yalnız qürur hissi yaradır.Anlayıram ki, Azərbaycan belə böyük hadisə sayəsində hansıperspektivləri əldə edə bilər”, – deyə E.Ağalarov bildirib.

Onun sözlərinə görə, dövlət başçılarının bir ölkədə toplanmasıölkələr arasında təkcə siyasi deyil, həm də biznes məsələlərininmüzakirəsi üçün imkan yaradır.

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bizbütün dünya arasında çoxfunksiyalı körpüyük. Azərbaycan Prezidentiİlham Əliyev "natural resources are a gift from God (təbiiehtiyatlar Allahın hədiyyəsidir)" deyib. Bu, ölkəmizə, liderimizəolan heyranlıq, sevinc və qürur hissini artırır və Azərbaycanınxalqımızın rifahı naminə qarşıdakı illərdə böyük müsbətperspektivlər əldə edəcəyini göstərir,” – deyə Emin Ağalarov əlavəedib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
32
5
az.trend.az

5Mənbələr