COP29 öncəsində 2 illik şəffaflıq hesabatımızı və uzun müddətli iqlim strategiyamızı COP29 Katibliyinə təqdim etmişik.
APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda COP29-un Liderlər Sammitində bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, 2024-2030-cü illəri əhatə edən İqlim Dəyişikliyini Azaltma və Uyğunlaşma Strategiyasına dair Fəaliyyət planının həyata keçirilməsinə başlanılıb: “Enerji sektorunda yenilənə bilən enerjinin payını 59 faizə yüksəltdik. Bu nəticə ilə Avropada 5-ci, dünyada 11-ci sıradayıq. 2053-cü il sıfır emissiya hədəflərimiz üçün əsas istiqamətimiz yenilənə bilən enerji və nüvə enerjisidir. Bu gün 31 min MqVt olan külək və günəş enerjisi 2035 ilində 120 min MqVt-a çatdıracağıq. Nüvə enerjisini isə 2050-ci ildə 20 min MqVt-lıq bir gücə çatdırmağı hədəfləyirik. 2024-2030-cu illəri əhatə edən Fəaliyyət planımız çərçivəsində 100 milyon ton karbon-dioksidə bərabər səviyyədə emissiyanın azaldılmasını proqnozlaşdırırıq ”.
Türkiyə Prezidenti yerli istehsal olan elektrik mühərrikli avtomobildən – “TOGG”- dan istifadəni kütləviləşdirməyə davam edirik: “Həyat yoldaşım Eminə Ərdoğanın himayəsində başlanan və qlobal səviyyəyə çıxan “Sıfır tullantı” layihəsi iqlim dəyişikliyi ilə mübarizəmizə əlavə güc qatır. Bu sayədə layihənin başlanğıcından bu yana 5,9 milyon ton karbon qazı emissiyasının qarşısını aldıq. Su mənbələrindən səmərəli istifadə üçün səfərbərlik elan etdik. Milli Ağaclandırma Günündə 11 milyonlarla tingi torpağa əkirik. Bütün bunların iqtisadi xərci çox yüksəkdir. Qlobal mübarizəmizin daha güclü olması baxımından bilavasitə inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verəcək bir iqlim maliyyəsinin bu Sammitdə müəyyənləşəcəyinə inanıram”.