"Səbail"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda Cavid Hüseynova tapşırılıb. 36 yaşlı mütəxəssislə 2025/2026-cı il mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Paytaxt təmsilçisi 13 noyabr tarixində, saat 18:00-da Cavid Hüseynovun rəhbərliyi altında ilk məşqinə çıxacaq.
Qeyd edək ki, Cavid Hüseynov son olaraq “Turan Tovuz” klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.