AZ

Doğulmamış övladını hərraca çıxaran qadın saxlanılıb - FOTO

ABŞ-də gənc anaya Facebook vasitəsilə uşağını satmaq cəhdinə görə ittiham irəli sürülüb. 

 

Sfera.az xəbər verir ki, bu barədə FOX 26 Hyuston məlumat yayıb.

 

Texas ştatının Hyuston şəhərində yaşayan Juniper Brayson adlı qız oğlunu təkbaşına böyütmək fikrində olmayıb. Hətta doğuşdan əvvəl o, insanlardan körpəni xəstəxanadan çıxarmalarını xahiş edib, çünki rəsmi proses vasitəsilə onun himayədarlığa verilməsini istəməyib.

 

Qeyd edən ki, 21 yaşlı Brayton sentyabrın sonunda ana olub və pul müqabilində uşağını övladlığa götürmək istəyənləri tapmaq xahişi ilə qohumuna müraciət edib. O, bunun qeyri-qanuni olduğunu deyəndə qız Facebook vasitəsilə alıcı axtarmağa davam edib. O, yeni mənzilə və maşına köçmək üçün pul lazım olduğunu söyləyib. Qız yeni doğulmuş körpə almaq istəyən bir neçə şəxslə əlaqə saxlaya bilib, lakin ona avans olaraq ən azı 150 dollar köçürməkdən imtina etdikdən sonra yazışmaları kəsib.

 

Nəhayət, Braysonun doğuşu zamanı yerli xəstəxanada olan qadın polisə müraciət edib. O, uşaq övladlığa götürmək istəyirmiş və bundan xəbəri olan Brayson daha sonra onu körpənin fotosu ilə bir postda işarələyərək müqavilə təklif edib. Sonda şübhəli saxlanılaraq həbs edilib.

 

İnci

Seçilən
37
sfera.az

1Mənbələr