AZ

Silahlı dəstələr Haiti hava limanını ələ keçirdi

Haitinin beynəlxalq hava limanı noyabrın 11-də silahlı dəstələrin Port-o-Prensə enən ticarət təyyarəsinə atəş açmasından sonra bağlanıb.

KONKRET.az xəbər verir ki, bir neçə nəfər yaralanıb cə təyyarə istiqamətini dəyişərək Dominikan Respublikasına enib. Hadisədən sonra bir neçə aviaşirkət Haitiyə uçuşları dayandırb. Dəstə üzvləri şəhərin zəngin məhəllələrindəki evləri yandırıblar. Çaxnaşma səbəbindən məktəblər bağlanıb. Hadisədən sonra baş nazir vəzifəsini icra edən Qari Konilin istefa verib. Xatırladaq ki, Haitidə 2016-cı ildən bəri seçkilər keçirilmir. 2021-ci ildə Haiti prezidenti Jovenel Moisenin öldürülməsindən sonra ölkədə hələ də xaos hökm sürür. BMT-nin hesablamalarına görə, silahlı dəstələr Haitinin paytaxtı Port-o-Prinsin 85%-nə nəzarət edirlər.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
32
konkret.az

1Mənbələr