AZ

“Bəzi Avropa ölkələrinin COP29-dan yayınmasının siyasi səbəbləri var”- Serbiya prezidenti

"Təqribən iki il əvvəl burda idim. Gördüklərim məni yaxşı mənada təəcübləndirir. Ölkənizdə elədikləriniz, burdaki inkişaf heyranedicidir. Buna istənilən dildə ancaq “hats off” demək olar.

(Hats off - heyranlıq və hörmət göstərmək üçün papağın çıxarılması)”

Bizim.Media xəbər verir ki, bu sözləri COP29-da iştirak edən Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç jurnalistlərə açıqlamasında deyib.

O, gələcəkdə də Azərbaycanla işbirliyini artırmaq və daha çox əməkdaşlıq etmək istədiklərini qeyd edib.

Serbiya prezidenti jurnalistlərin bəzi Avropa ölkələrinin COP29-dan yayınmasının səbəbinin siyasi olduğunu bildirib:

"Bunun siyasi səbəbləri var. COP29 önəmli sammit və bir araya gəlmək imkanıdır. Bildiyiniz kimi, biz hələ də dünya sülhünü bərqərar edə bilməmişik, Ukrayanda, orta şərqdə və digər yerlərdə. Bir araya gəlmək ən əsas da bunun üçün önəmlidir. İştirak etməyənlər də siyasi səbəblərdən qatılmayıblar. Lakin biz burdayıq və xoş şeylərlə qarşılaşdıq və bir də gəlmək istərdik".

Günay Şahmar, Bizim.Media

Seçilən
28
1
bizim.media

2Mənbələr