"Mançester Yunayted"in sabiq baş məşqçisi Erik Ten Haq karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Tuttosport" yayıb.

Mənbəyə görə, niderlandlı mütəxəssis "Roma"nın maraq dairəsindədir. Paytaxt təmsilçisinin funksionerləri Londona gələrək danışıqlar aparıblar. Yaxın zamanda yekun qərar veriləcək. 

Qeyd edək ki, "Roma" bir neçə gün öncə İvan Yuriçiçi istefaya göndərib.