AZ

Türkiyə COP31-ə ev sahibliyi etmək üçün namizədliyini elan edib - Ərdoğan

Bakı. Trend:

Türkiyə COP31-ə ev sahibliyi etmək üçün namizədliyini elanedib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğan COP29 Lider Sammitinin açılış mərasimində çıxışı zamanıdeyib.

"Biz 2024-2030-cu illəri əhatə edən iqlim dəyişikliyininazaldılması və uyğunlaşma strategiyası fəaliyyət planlarımızıhəyata keçirmişik. Birləşmiş Millətlər Təşkilatının 2026-cı ilİqlim Dəyişikliyi Tərəflərinin 31-ci Konfransına ev sahibliyi etməküçün namizədliyimizi elan etdik.Namizədliyimizi dəstəkləyənölkələrə təşəkkür edirik. Bu mühüm zirvə görüşü münasibətilə əzizqardaşım İlham Əliyevi ürəkdən təbrik edirəm", - Ərdoğanbildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
40
5
az.trend.az

10Mənbələr