AZ

Çin Trampın 60 faizlik rüsumuna belə cavab verəcək

Çin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın idxal rüsumlarını artırmasına cavab olaraq genişləndirici monetar və fiskal siyasət yürüdə və yuanı devalvasiya edə bilər.

Musavat.com xəbər verir ki, bu ehtimalı Bloomberg ekspertləri irəli sürüblər.
Bildirilir ki, Trampın ikinci prezidentlik müddətində Çinin ÜDM artımı daha yavaş olacaq və Pekin bunu maliyyə və monetar stimulla qismən kompensasiya edə bilər. Agentlik qeyd edir ki, bununla yanaşı, Çin hakimiyyəti tariflərin artırılması nəticəsində dəyən ziyanı kompensasiya etmək üçün milli valyutanı devalvasiya edə bilər. Bloomberg hesab edir ki, tariflər 60 faizə qədər artarsa, ofşor yuanın məzənnəsi (CNH kotirovkası) bir ABŞ dolları üçün 7,5-7,7 vahidə qədər zəifləyə bilər.
Çin də Trampın proteksionist siyasətinə görə cavab tarifləri tədbirləri həyata keçirə bilər. Agentlik izah edir ki, çox güman ki, Çin hakimiyyəti ABŞ-dan kənd təsərrüfatı məhsullarına idxal rüsumlarını artıra bilər.
ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Tramp seçki proqramında Çindən idxal olunan mallara 60 faiz rüsum tətbiq etməyi təklif edib.
Çin ABŞ-dan soya, pambıq və qarğıdalı, mikroçiplər, yolsuzluq avtomobilləri, mayeləşdirilmiş neft qazı və neft, kokslaşan kömür, mis və mis filizi idxal edir. Amerika tərəfi Çindən smartfonlar, kompüterlər, litium-ion batareyalar, plastik məhsullar, təhlükəsizlik kameraları, məişət texnikası, ayaqqabılar, uşaq oyuncaqları və daha çox şey alır.
Çin-Amerika münasibətləri son bir neçə ildə daha da gərginləşərək iki ölkə arasındakı ticarətə təsir edib. 2022-ci ildə onların ticarət dövriyyəsi cəmi 0,6 faiz artaraq 759,4 milyard dollara çatıb. 2023-cü ildə isə 11,6 faiz azalaraq 664,45 milyard dollar təşkil edib.
Seçilən
21
50
yenilik.az

10Mənbələr