AZ

"Tramp, Orban və Roma Papasının ittifaqı Kiyevi güzəştlərə vadar edə bilər" - "The İndependent"

 
"Budapeşt Roma Papasının bütün digər Qərb müttəfiqlərinin əleyhinə çıxdığı sülh sazişinə dəstək verəcəyinə ümid edir..."
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Macarıstan baş naziri Viktor Orban və Roma Papası Fransiskin qəribə ittifaqı Ukraynanın Rusiya təcavüzünə müqavimət göstərilməsində Qərbin dəstəyinin davam etdirilməsinə olan ümidlərinə son qoya bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "The İndependent" nəşri Macarıstanın Vatikandakı səfiri Eduard Qabsburq-Lotringenə istinadən yazıb. Məlumatı "comments.ua" nəşri yayıb.
 
Onun sözlərinə görə, Roma Papası Donald Trampın Ukraynanı Rusiyaya ərazi güzəştlərinə vadar edəcəyi ehtimal edən sazişin dəstəklənməsində mühüm rol oynayır.
 
Macar diplomatı qeyd edib ki, Trampın ilk prezidentliyi dönəmində Vaşinqton və Budapeştin siyasi münasibətləri "pik həddə olub", burada dünya təhlükəsizliyinə təhlükə törədən münaqişələrin həlli məsələləri mərkəzi yer tutub. 
 
"ABŞ prezidenti seçkilərinin nəticələrindən sonra biz Macarıstanla Amerika arasında siyasi əməkdaşlığın öz pik nöqtəsinə dönəcəyinə çox ümid edirik", - o, deyib.
 
"Bizim dünya, qeyri-leqal miqrasiya və ailələrin müdafiəsinə baxışlarımız eynidir. Mən müharibədən ötən az qala min gündən sonra Ukraynada, nəhayət, sülhün bərqərar olacağı şanslarının həmişəkindən daha yaxşı olduğuna inanıram", - o, bəyan edib.
 
Tramp-Orban alyansına, görünür, Roma Papası Fransisk də qoşulmağı planlaşdırır. Bu yaxınlarda o, Macarıstanı ziyarət edib, Qabsburq-Lotringenin sözlərinə görə, orada Pontifik, guya, özünün Macarıstana çoxdankı bağlılığını etiraf edib.
 
İndi isə müharibənin tezliklə dayandırılması ilə bağlı ümumi nöqteyi-nəzərə malik olaraq Budapeşt Roma Papasının bütün digər Qərb müttəfiqlərinin əleyhinə çıxdığı sülh sazişinə dəstək verəcəyini gözləyir.
 
"Son illər Macarıstan təkbaşına Ukraynada dərhal atəşkəs və sülh uğrunda mübarizə aparır. Ukrayna ilə birbaşa qonşuluq və bu ölkədə macar azlığına malik olmaq bizə vəziyyətin dəqiq qavranılmasına imkan verir", - o, deyib.
 
"Bizim yeganə müttəfiqimiz eyni istiqamətdə çıxış edən və sülh diplomatiyası ilə məşğul olan Zati Aliləri Papa Fransisk olub. Seçkilər zamanı öz niqtində müharibələrə, o cümlədən Ukrayna müharibəsinə son qoymaq istədiyini dəqiq ifadə edən yeni prezident Trampın timsalında biz yeni müttəfiq əldə etmişik. Bu, məni ümidləndirir", - səfir bəyan edib.
 
Vatikanın Ukrayna müharibəsində mövqeyi - son xəbərlər
 
Xəbər verildiyi kimi, oktyabr ayında Roma Papası özünün xüsusi "sülh elçisini" Moskvaya göndərib.
 
Kardinal Matteo Dzuppi "Ukraynada sülh yolunun axtarışı, ukraynalı uşaqların ailələri ilə qovuşması və hərbi əsirlər mübadiləsi üzrə" missiyasını icra edir.
 
Ukraynanın energetika obyektlərinə Rusiyanın son güclü raket hücumundan sonra Roma Papası Fransisk inanclı insanlarla görüşündə təcavüzkarın hərəkətlərini pisləyib.
Seçilən
24
moderator.az

1Mənbələr